Yuxuda evinin altında xəzinə olduğunu görüb tunel qazdı - SAXLANILDI


  • 13:50

Türkiyənin Samsun şəhərində maraqlı hadisə baş verib. Belə ki, yuxusunda evinin altında xəzinə olduğunu gördüyünü iddia edən qadın oğluyla birlikdə 12 metr dərinliyində tunel qazaraq axtarış aparıb. Lakin onlar hüquq-mühafizə orqanları tərəfindən cinayət başında yaxalanıblar.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanıı fərdi yaşayış evində qanunsuz qazıntı aparıldığı müəyyən edilib.

Əməliyyat zamanı evin həyətində 12 metr dərinliyində tunel qazaraq xəzinə axtaran qadın və onun oğlu saxlanılıb. Məlum olub ki, təxminən 2 metr enində olan tuneldə torpağı çıxarmaq üçün elektrikli vinç sistemi də qurulubmuş.

Torpağın diqqət çəkməməsi məqsədilə kisələrə doldurularaq həyətin bir küncündə yığıldığı da aşkar edilib. Qazıntı zamanı istifadə olunan çox sayda alət və vasitə polis tərəfindən müsadirə olunub.

Saxlanılan şəxslər barəsində mədəniyyət və təbii irsin qorunması haqqında qanuna zidd hərəkət etdiklərinə görə hüquqi tədbirlər görülüb.

Qadının ifadəsində yuxusunda yaşadığı evin altında xəzinə gördüyünü və bu səbəbdən qazıntıya başladığını dediyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər