- 15:04
Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda yerləşən 5 mərtəbəli binanın ən üst qatındakı mənzilin balkonu uçub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, balkonda baş verən çökmə ilə bağlı əraziyə dərhal polis, yanğınsöndürən və bələdiyyə əməkdaşları cəlb olunub.
Hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.
Polis və bələdiyyə qüvvələri hadisənin baş verdiyi küçəni nəqliyyatın hərəkəti üçün bağlayaraq təhlükəsizlik tədbirləri görüblər.
Əraziyə baxış keçirildikdən sonra binanın yaşayış üçün təhlükəli ola biləcəyi nəzərə alınaraq sakinlər təxliyə edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə