- 15:04
Türkiyənin Trabzon şəhərinin Akçaabat rayonunda yerləşən ticarət mərkəzində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, xırdavat və tikinti materiallarının satışı ilə məşğul olan mərkəzin anbar hissəsində çıxan yanğının səbəbi hələlik məlum deyil.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə çox sayda yanğınsöndürən, jandarma və polis əməkdaşları cəlb olunub.
Yanğının nəzarət altına alınması üçün 15 texnika və 55 yanğınsöndürən personalın iştirakı ilə intensiv işlər davam etdirilir.
Şəbnəm Mehdizadə