- 15:04
Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Rusiyanın Maqadan şəhərində idarənin binasına hücumun qarşısını alıb.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, onlar təhlükəsizlik qüvvələrini qorxutmaq və Sərhəd İdarəsinin binasında terror aktı törətmək niyyətində olublar.
Həmin şəxslər hasarın arasından kimyəvi maddə səpiblər. Daha sonra FTX binasını yandırmaq üçün üç “Molotov kokteyli” hazırlayıblar, lakin hücumu başa çatdıra bilmədən yaxalanıblar.
Onlara qarşı terror aktı hazırlamaq ittihamı ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxslər əməllərini etiraf ediblər.
Qeyd edək ki, onlar daha əvvəl su bioresurslarının qanunsuz yığılmasında ittiham olunublar.
Humay Eminqızı