ABŞ-də silahlı hücumda 3 polis əməkdaşı həlak oldu


  • 14:19

ABŞ-nin Pensilvaniya ştatında baş verən silahlı hücum nəticəsində 3 polis əməkdaşı həyatını itirib, 2-si isə ağır yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə York bölgəsində qeydə alınıb. Rəsmi məlumatlara görə, polis əməkdaşları bir cinayət işi ilə bağlı araşdırma aparmaq üçün kənd rayonuna getdikləri zaman silahlı şəxs tərəfindən atəş açılıb.

Hücum edən şəxs polis tərəfindən vurularaq zərərsizləşdirilib. Yaralı polis əməkdaşları yaxınlıqdakı xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə yerində Federal Təhlükəsizlik Bürosunun əməkdaşları yerli hüquq-mühafizə orqanlarına dəstək göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər