- 16:12
Türkiyədə İŞİD terror təşkilatına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 51 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Nazir bildirib ki, 32 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyatlarda çoxlu sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.
Şübhəlilərin terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi və təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilib
Humay Eminqızı