- 16:12
"Avropa İttifaqı (Aİ) ticarət şəbəkəsini yeni tərəfdaşlıqlarla genişləndirmək və ilin sonuna qədər Hindistanla ticarət müqaviləsi imzalamaq niyyətindədir".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Aİ Komissiyasının sədri Ursula von der Leyen. Almaniyanın aparıcı biznes və sənaye assosiasiyalarının Berlində təşkil etdiyi toplantıda çıxış edərkən deyib.
Sədr bildirib ki, Aİ yalnız iqtisadi gücünü artırmaqla sülh və azadlığı təmin edə bilər:
"Aİ kritik xammal, müdafiə və enerji baxımından xarici mənbələrdən asılı olmamalıdır. Açıq bazarlar ixrac gücü olan Almaniya üçün həyati əhəmiyyət kəsb edir. Geosiyasi gərginlik, Çinin ixrac nəzarəti və ticarət müharibələri qeyri-müəyyənliyi artırır və bütün istehsal xətlərinə təzyiq edir. Biz bütün dünyada ticarət tərəfdaşlığı şəbəkəmizi genişləndiririk. Ticarətimizin 80%-nin ABŞ-dan başqa ölkələrlə olduğunu unutmamalıyıq. Son aylarda Argentina, Braziliya, Paraqvay və Uruqvayın daxil olduğu Cənubi Ümumi Bazar (MERCOSUR), həmçinin Meksika və İsveçrə ilə uğurlu müqavilələr imzaladıq. Bu il Hindistanla da müqavilə imzalamaq istəyirik. Cənubi Afrika, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar isə davam edir” - deyə sədr əlavə edib.
Şəbnəm Mehdizadə