- 15:33
Kamboca etirazçıları ilə Tailand təhlükəsizlik qüvvələri arasında sərhəddə növbəti dəfə gərginlik yaşanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tailand təhlükəsizlik qüvvələri Kamboca vətəndaşlarına rezin güllə və gözyaşardıcı qazla cavab verib.
Kamboca hökumət rəsmisi Neth Pheaktra ən az 23 Kamboca vətəndaşının yaralandığını bildirib.
Neth Pheaktra Tayland rəsmilərinin sərhədi pozduğunu iddia edib və müdaxiləni tənqid edib.
Tailand Ordusunun yaydığı açıqlamada 200-ə yaxın Kambocalı etirazçının sərhəd bölgəsində qurulan təhlükəsizlik maneələrini aradan qaldırdığı və bəzi zabitlərə hücum edərək onları yaraladığı bildirilib.
Qeyd Tayland və Kamboca arasındakı 817 kilometrlik quru sərhədinin bəzi nöqtələrində bir əsrdən artıqdır ki, ərazi mübahisələri davam edir. Ən son iyul ayında baş verən gərginlik nəticəsində 48 nəfər həyatını itirib.
Humay Eminqızı