ABŞ lideri Əfqanıstandakı Baqram aviabazasını geri almaq istəyir


  • 20:55

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı Baqram aviabazasına nəzarəti bərpa etmək istədiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə o, Londonda Britaniyanın baş nazir Kir Starmerlə birgə mətbuat konfransında deyib: “Biz onu geri almağa çalışırıq”.

O, ABŞ-ın Əfqanıstandan çıxarılmasına görə bir daha sabiq prezident Co Baydeni tənqid edib.

Trampa görə, ABŞ-nin ən mühüm iqtisadi və hərbi rəqibi olan Çinin yaxınlığında yerləşən Baqram aviabazasına hakim olmaq Ağ Ev üçün çox vacibdir.

Oxşar xəbərlər