- 18 Sentyabr 23:08
ABŞ Çindən idxal edilən mallara tətbiq olunacaq rüsumların artırılmasını yenidən təxirə sala bilər.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, vurğulayıb ki, Vaşinqton və Pekin yekun razılaşmaya nail olmaq üçün kifayət qədər yaxınlaşıblar.