- 11:17
Fransanın paytaxtı Parisdə yerləşən Milli Təbiət Tarixi Muzeyində oğurluq hadisəsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında muzeyin Geologiya və Mineralogiya Qalereyasında baş verib.
Mühafizəçilər dərhal hadisə yerinə polis çağırıblar.
Muzey rəhbərliyi hadisənin “tamamilə peşəkar komanda” tərəfindən həyata keçirildiyini və oğruların qızıl nümunələrinin saxlanıldığı ərazini birbaşa hədəfə aldığını bildirib.
Muzeyin baş direktoru Emmanuel Skoulios Fransa mətbuatına verdiyi açıqlamada, hadisənin əvvəlcədən planlandığını deyib.
Muzey rəhbərliyi oğurlanmış qızılın təqribən 600.000 avro (710.000 dollar) dəyərində olduğunu, vurğulayıb. Qalereya əlavə xəbərdarlıq gələnə bağlı qalacaq.
1793-cü ildə əsası qoyulan Milli Təbiət Tarixi Muzeyi dinozavr qalıqları və zəngin mineral kolleksiyası ilə dünyanın aparıcı elmi müəssisələrindən biridir.
Rəsmilər muzeylərdə oğurluq dalğası ilə mübarizə üçün təhlükəsizlik tədbirlərinin artırılacağını bəyan ediblər.
Şəbnəm Mehdizadə