- 14:39
Türkiyənin İstanbul şəhərində zəncrivari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Kartal adlı bölgəsində 3 avtomobilin toqquşduğu yol qəzasında 3 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
Xəsarət alan və avtomobillərində sıxılmış vəziyyətdə qalan 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Şəbnəm Mehdizadə