- 15:04
Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalma bomba aşkarlanıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, 10 minə yaxın insan evlərindən təxliyə edilib.
Berlin polisi şəhərin Şpre çayında 3 metr dərinlikdə İkinci Dünya Müharibəsindən qalma bombanın aşkarlandığını açıqlayıb.
Aparılan yoxlamdaa partlamamış bombanın heç bir təhlükə yaratmadığı məlum olub.
Bomba çaydan çıxarıldıqdan sonra Bombanın yerləşdiyi yerin ətrafında təxminən 500 metr olan ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Şəbnəm Mehdizadə