- 15:04
ABŞ Polşaya 780 milyon dollar dəyərində Javelin raketlərinin satışını təsdiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin Konqresə göndərdiyi bildirişə əsasən, ABŞ administrasiyası Polşaya yeni silah satışını təsdiqləyib.
Bəyanatda qeyd olunub ki,ABŞ Polşaya ümumilikdə 780 milyon dollar dəyərində 2506 Javelin raketi və 253 buraxılış qurğusunun tədarük edəcək. Satış Polşanın müdafiəsini gücləndirəcək.
Şəbnəm Mehdizadə