- 15:04
Türkiyənin İzmir şəhərində sakinlər küçələrdə yaranan zibil yığınlarına etiraz edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli sakinlər şəhərdə bələdiyyə işçilərinin işə çıxmaması ucbatından vaxtaşırı yaranan zibil problemi ilə bağlı etiraz aksiyası keçirib.
Sakinlər əllərində “İzmir Beynəlxalq Zibil Sərgisi” şüarları yazılan plakatlar tutublar.
Onlar bildirir ki, küçələrdəki zibil qalaqları arasında siçovullar gəzməyə başlayıb.
Aidiyyəti qurumlar məsələ ilə bağlı açıqlama verməyib.
Şəbnəm Mehdizadə