Rusiyaya məxsus 118 gəmiyə sanksiya tətbiq edilə bilər


  • 16:23

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə daxil ola biləcək məqamları açıqlayıb.

E-huquq.az "Tass"a istinadən xəbər verir ki, AK 118 Rusiya gəmisinə, həmçinin Rusiya və digər ölkələrə məxsus 45 şirkətə qarşı sanksiya tətbiq etməyi təklif edib.

Təkliflərə eləcə də, Rusiya və digər ölkələrin banklarına, eləcə də kriptovalyuta platformalarına qarşı məhdudiyyətlər də daxildir. Bundan başqa, Rusiya neftinə qoyulan qiymətin bir barel üçün 47,6 ABŞ dollarına endirilməsi, “Rosneft” və “Qazpromneft” ilə bütün əməliyyatların qadağan olunması, üçüncü ölkələrdə, o cümlədən Çindəki neft şirkətləri və neft emalı zavodlarına qarşı sanksiyaların tətbiqi də paketə daxildir.

Humay Eminqızı

Oxşar xəbərlər