Polis və prokuror adı ilə 37 milyonluq dələduzluq etdilər


  • 16:53

Türkiyənin Ankara şəhərində dələduzluq etməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Baş Prokurorluq özlərini polis və prokuror kimi təqdim edərək dələduzluq edən 24 şəxs haqqında istintaqa başlayıb.

Şübhəlilər polis tərəfindən saxlanılıb.

Onların ümumilikdə 9 nəfərə qarşı 37 milyon 550 min lirə məbləğində dələduzluq etdiyi məlum olub.

Saxlanılan şəxslərdən 18- ilə həbs edilib, 6-sı isə şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər