- 17:36
Böyük Britaniya Rusiyanın “Aeza Group” İT şirkətinə və “HeliCo Group” helikopter şirkətinə qarşı sanksiyalar tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi tərəfindən dərc olunmuş yenilənmiş sanksiya siyahısında yer alır.
Məhdudiyyətlər həmçinin gürcü iş adamı Levan Vasadze və Gürcüstanın sabiq baş prokuroru Otar Parçxaladzeyə də şamil olunub. Onlar Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəkləməkdə ittiham olunurlar. Sözügedən şəxslərə Böyük Britaniya ərazisinə giriş qadağan edilib. Onların və təşkilatların Britaniya banklarındakı hesabları aşkarlandığı halda dondurulacaq.
Bundan əlavə, Rusiyanın neftini Gürcüstanın Batumi limanına daşıdığı iddia edilən iki tanker də yeni siyahıya salınıb.
Humay Eminqızı