- 17:16
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 33 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 146 nəfərin yaralandığı da bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 65 min 174 nəfərə, yaralı sayı isə 166 min 71 nəfərə yüksəlib.
Humay Eminqızı