Vaşinqtonda helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub


  • 07:31

MH-60 Black Hawk helikopterinin Vaşinqton ştatında qəzaya uğraması nəticəsində ABŞ ordusunun 4 əsgəri həlak olub.

E-huquq.az xəbər verir ki, “Associated Press“ agentliyinin verdiyi məlumata görə, insident adi təlim missiyası zamanı baş verib.

Əsgərlər gecə tapşırıqlarını yerinə yetirən 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayının tərkibində olublar.

Qəzanın səbəbləri araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.

Oxşar xəbərlər