Yaponiya Ukraynaya 1,3 milyard dollar yardım ayırıb


  • 16:14

Yaponiya Ukraynaya 1,3 milyard dollar məbləğində maliyyə yardımı ayırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko öz "Telegram" kanalında məlumat yayıb.

Bu yardım "Extraordinary Revenue Acceleration" (ERA) proqramı çərçivəsində təqdim olunub. Proqram, Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan faizlər hesabına 2042-ci ilə qədər ödənilməni nəzərdə tutur.

Bu, Yaponiya tərəfindən ERA proqramı çərçivəsində təqdim edilən ikinci maliyyə tranşıdır.

Ümumilikdə isə Yaponiya 2022-ci ilin fevral ayından etibarən Ukraynaya 10,7 milyard dollar maliyyə yardımı göstərib.

Humay Eminqızı

Oxşar xəbərlər