- 17:44
Rusiya İrana humanitar yardımın çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.
E-huquq.az xəbər verir ki, bu barədə brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Rusiya İsrail və ABŞ tərəfindən havadan həyata keçirilən zərbələrə məruz qalan İran əhalisinə humanitar yardım göstərməkdə davam edir. O xatırladıb ki, dərman vasitələrinin ikinci böyük partiyasının ötürülməsi martın 27-də İran-Azərbaycan sərhədində yerləşən Astara şəhərində baş tutub və dəmir yolu vasitəsilə 300 tondan çox dərman preparatı çatdırılıb.
Həmin gün Astaraya yük maşınlarından ibarət karvanla Dağıstan Respublikası tərəfindən toplanmış daha 150 tona yaxın humanitar yardım da gətirilib.
“Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq”, - deyə Zaxarova vurğulayıb.
Humay Eminqızı