Rusiya Ayın səthində tədqiqatlar aparacaq


  • 17:14

Bu il Rusiyada Ayın daxili quruluşunu öyrənmək üçün lazımi alətlər hazırlanacaq.

E-huquq.az xəbər xəbər verir ki, bu barədə Rusiyanın kosmik agentliyi Roskosmosun rəhbəri Dmitri Bakanov məlumat verib.

Bakanov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında bu barədə açıqlamalar verib.

O, Rusiyanın Çinlə Ay proqramını inkişaf etdirməyə davam etdiyini bildirərək, proqramda ümumilikdə 15 ölkənin iştirakının planlaşdırıldığını qeyd edib.

Ayın strukturu ilə bağlı araşdırmaların bu il sürətləndiriləcəyini deyən Bakanov söyləyib ki, 2026-cı ildə Ayın daxili quruluşunu öyrənmək üçün cihazların hazırlanmasına başlanacaq.

Qeyd edək ki, 2021-ci ildə Roskosmos ilə Çin Milli Kosmos İdarəsi arasında Ayda tədqiqatların aparılması üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər