- 17:44
Avropa İttifaqının (Aİ) İrana qarşı sanksiyaları heç vaxt Yaxın Şərqdə vəziyyətin normallaşmasına gətirib çıxarmayacaq.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, suveren dövlətlərə qarşı sanksiya təzyiqi diplomatiyanın alternativi ola bilməz, beynəlxalq hüququ əvəz edə bilməz və heç vaxt vəziyyətin sabitləşməsinə səbəb olmur: “Bu, təkcə Yaxın Şərqə deyil, dünyanın digər regionlarına da aiddir”.
“Brüsselin bu cür reaksiyası, əlbəttə ki, onun regiondakı siyasətinin destruktiv xarakterini, Tehrana qarşı qərəzli münasibətini və insan hüquqlarının müdafiəsi mövzusundan alət kimi istifadə etmək istəyini bir daha təsdiqləyir. Onların ən yaxşı bacardığı şey isə saxta gündəm yaratmaq, öz səhvlərini və cinayətlərini ört-basdır etmək və bütün günahı başqalarının üzərinə atmaqdır”, - deyə XİN rəsmisi bildirib.
Humay Eminqızı