Rusiya Luqansk bölgəsini tamamilə nəzarətə götürüb


  • 17:22

Rusiya Ukraynanın Luqansk bölgəsini tamamilə nəzarətə götürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda Rusiya qüvvələrinin Ukrayna cəbhəsində bütün istiqamətlərdə irəliləyiş əldə etdiyi vurğulanıb.

"Qərb Hərbi Qrupunun birlikləri Luqansk Xalq Respublikasının azad edilməsi prosesini başa çatdırıb", - məlumatda qeyd olunub.

Bəyanatda həmçinin Xarkov vilayətinin Veryhnaya Pisarevka və Zaporojjya vilayətinin Boykovo yaşayış məntəqələrinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi də vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər