- 18:58
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 289 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində 12 yaralı xəstəxanalara çatdırılıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 713 nəfər ölüb, 1940 nəfər yaralanıb, dağıntılar altından 756 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində 172 040 nəfər yaralanıb.
Humay Eminqızı