- 18:58
Belçikada müdafiə sənayesi şirkətləri üçün yer təmin etmək məqsədilə hər bir əyalətdə hərbi baza yaradılacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken məlumat verib.
Nazir əsas məqsədin müdafiə sənayesi şirkətlərinin istehsal gücünün artırılması olduğunu bildirib.
Hökumətin planına görə, ölkənin hər əyalətində hərbi kompleks təyin edilərək müdafiə sənayesi şirkətlərinin istifadəsinə veriləcək.
Plana həmçinin strateji ehtiyat kimi saxlanılan müəyyən obyekt və binaların müdafiə sənayesi şirkətləri və ya digər firmalarla bölüşdürülməsi də daxildir.
Şəbnəm Mehdizadə