- 21:14
Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
"İki il əvvəl dövriyyə 11 milyard dollar idi. Ötən 2025-ci ildə isə - 6,4 milyard dollar. Diqqəti ona yönəltmək istəyirəm ki, bu, qonşu ölkə Azərbaycanla 5 milyard dollardan azdır - 4,9 milyard dollardır", - Putin deyib.
O əlavə edib ki, 6,5 milyard dollardan 1,2 milyard dolları kənd təsərrüfatı məhsullarının payına düşür: "Tərəvəz, meyvə, şərab - Ermənistanın ixrac etdiyi hər şey".
"Mənim fikrimcə, bəzi məsələlər münasibətlərimiz üçün çox vacibdir - bu, məsələn, energetikadır", - Putin qeyd edib.