- 10:22
İndoneziyada Ternate bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Maluku dənizində 10 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində çoxsaylı tikililərə ziyan dəyib. İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb.
Zəlzələdən sonra Maluku adaları bölgəsi üçün sunami xəbərdarlığı edilib.
Sunami dalğalarının İndoneziya, Filippin və Malayziya sahillərinə təsir göstərə biləcəyi qeyd edilib.
Şəbnəm Mehdizadə