Ukrayna Kanadadan 14,4 milyon dollar məbləğində yardım alacaq


  • 10:22

Ukrayna energetikanın bərpası üçün Kanadadan 20 milyon Kanada dolları (14,4 milyon ABŞ dolları) məbləğində maliyyə yardımı alacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko öz “Telegram” hesabında məlumat verib.

“Kanadanın ardıcıl dəstəyini və Ukraynanın Enerji Dəstəyi Fonduna yaxın zamanda elan edilmiş 20 milyon Kanada dolları məbləğində töhfəni yüksək qiymətləndiririk”, – deyə baş nazir yazıb.

Ukraynada 2025-ci ilin sonlarından etibarən güclü soyuqlar və enerji infrastrukturuna dəyən genişmiqyaslı zərərlər fonunda elektrik təchizatı ilə bağlı problemlər başlayıb. Ölkənin enerji sektorunda fövqəladə vəziyyət rejimi elan edilib. Bir çox regionlarda hələ də hər gün uzunmüddətli elektrik kəsintiləri tətbiq olunur.

Humay Eminqızı

Oxşar xəbərlər