Muğla sahillərində qayıq batdı - 1 nəfər itkin düşdü


  • 10:21

Türkiyənin Muğla vilayətində bədbəxt hadisə baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Fethiye rayonunda güclü külək çimərlikdə olan qayığı sahilə çıxarıb.

Qayığın qayalara çırpılaraq batdığını görənlər aidiyyəti qurumlara məlumat verib.

Əraziyə Sahil Mühafizəsi, Jandarma Axtarış-Xilasetmə (JAK) və tibb qrupları cəlb edilib.

Qayıqda olan 6 nəfər xilas edilib.

Bir nəfərin axtarışına xilasetmə tədbirləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər