- 12:10
İsveçrənin maliyyə naziri Karin Keller-Sutter "X" sosial media platformasının süni intellektlə işləyən çatbotu "Grok"u məhkəməyə verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, anonim istifadəçi "Grok"dan Keller-Sutter haqqında satirik və seksist təhqir yaratmağı xahiş edib.
"Grok"un hazırladığı mətn nazirə və onun işinə yönəlmiş təhqiramiz ifadələrdən ibarət olub.
Nazirin sözçüsü Paskal Hollenşteyn diffamasiya və təhqirə görə iddia qaldırıldığını təsdiqləyib.
Şəbnəm Mehdizadə