- 12:10
İranın Xomeyn şəhərində MQ-9 tipli pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, fevralın 28-də başlayan müharibədən bu yana, ümumilikdə 140 müxtəlif tipli pilotsuz uçuş aparatı vurulub. Bu hücumlar İranın hava hücumlarına qarşı mübarizəsinin bir hissəsi kimi qiymətləndirilir.
Hücumların intensivləşməsi və pilotsuz uçuş aparatlarının hərəkətliliyinin artması, regiondakı təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.
Şəbnəm Mehdizadə