- 12:10
İsrailin paytaxtı Təl-Əvivdə və bir çox şəhərlərdə sirenlər səslənib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu İran raketlərinin qarşısını almağa çalışdığını açıqlayıb.
Paytaxt Təl-Əvivdə sirenlərin səslənməsindən sonra partlayış səsləri eşidilib.
Hələlik xəsarət alanlar və ölənlər barədə məlumat verilməyib.
İsrail ordusu axtarış-xilasetmə qruplarının müxtəlif bölgələrdə əməliyyatlara başladığını açıqlayıb.
Şəbnəm Mehdizadə