- 12:10
ABŞ İrandakı bütün hərbi məqsədlərini çox qısa müddətdə tamamlayacaq.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp söyləyib.
AĞ Ev lideri qarşıdakı 2-3 həftə ərzində İrana çox ağır zərbə vuracaqlarını deyib.
Tramp ABŞ-nin İranla bağlı qarşıya qoyduğu hərbi məqsədlərin əksəriyyətinə nail olduğunu vurğulayaraq, hücumlarını tezliklə başa çatdıracaqlarının mesajını verib.
Tramp ABŞ-nin İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreynə minnətdarlıq borcu olduğunu və onlara müdafiə dəstəyi verməyə davam edəcəyini bildirib.
Tramp İranda hədəflərinin heç vaxt rejim dəyişikliyi olmadığını, lakin hakimiyyətdə olanların öldürülməsinin müəyyən mənada “rejim dəyişikliyi” ilə nəticələndiyini vurğulayıb.
ABŞ prezidenti bəyan edib ki, İranın neft obyektlərinə zərbə endirməyəcəklər.
Şəbnəm Mehdizadə