İran Hörmüz boğazından istifadəyə dair müqavilə təklif edir


  • 11:40

İran Avropa, Asiya və ərəb ölkələri ilə Hörmüz boğazından istifadə ilə bağlı razılaşmalar bağlamağa hazırdır.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının hökuməti yanında İnformasiya Şurasının rəhbəri Elias Həzrəti məlumat yayıb.

“İran Hörmüz boğazına tam nəzarət edir. ABŞ prezidenti Donald Tramp isə Hörmüz boğazı barədə cəfəngiyyat danışır. Biz bu gün belə bir qənaətə gəldik ki, bəlkə də Hörmüz boğazı ilə bağlı müqavilə elan edəcəyik. Boğazdan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə müqavilə bağlamağa dəvət edəcəyik”,- Elias Həzrəti bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər