Mark Rutte Trampla görüşəcək


  • 12:04

NATO-nun Baş katibi Mark Rutte ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.

E-huquq.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Mark Rutte gələn həftə Vaşinqtona səfər edərək ABŞ prezidenti Donald Trump ilə görüşəcək.

Daha sonra NATO sözçüsü Allison Hart səfəri təsdiqləyərək, Ruttenin Vaşinqton səfərinin uzun müddətdir planlaşdırıldığını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər