Hakim yataq xəstəsinin evinə getdi, qərar qəbul etdi - FOTO


  • 12:10

Türkiyənin Marmaris şəhərində maraqlı məhkəmə prosesi baş verib.

E-huquq.az "Hukukihaber.net"ə istinadən xəbər verir ki, 91 yaşlı yataq xəstəsi üçün açılmış qəyyumluq işi məhkəmə zalına gələ bilməyən yaşlı vətəndaşın evində tamamlanıb.

31 mart 2026-cı il tarixində gələcək qəyyum E.A. atasının səhhət səbəbi ilə iclasa gələ bilmədiyini bildirərək, evdə ifadəsinin alınmasını xahiş edib. Hakim və katib dərhal müraciətə uyğun olaraq yaşlı vətəndaşın evinə gediblər.

Evdə keçirilən dinləmədən sonra məhkəmə heyəti eyni gün əsaslandırılmış qərarını verərək E.A.-nı qəyyum təyin edib. Proses hakim, prokuror və katibin nəzarəti altında tam qanuni şəkildə həyata keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər