Prokurora hücum edən itin sahibi həbs edildi


  • 2 Aprel 13:18

Türkiyənin paytaxtı Ankarada prokuror it hücumuna məruz qalıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, prokurorla sərxoş şəxs arasında küçədə mübahisə baş verib. Belə ki, axşam saatlarında sərxoş şəxs dostları ilə gəzən prokuroru naməlum səbəblərdən təhqir və təhdid edib. Küçədə itini gəzdirən həmin şəxs itə "hücum et" və "dişlə" əmrləri verib. Daha sonra it prokurora hücum edərək qolundan yaralayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Polis şübhəli şəxsi saxlayıb. O, ifadəsində sərxoş olduğunu və baş verənləri xatırlamadığını bildirib. Şübhəli həmçinin itə hücum əmri verdiyi iddiasını rədd edib.

Ankara Baş Prokurorluğu Baş İstintaq Bürosu şübhəliyə qarşı "qəsdən xəsarət yetirmə", "təhdid" və "heyvanı təhlükə yaradan şəkildə buraxma" maddələri üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər