- 15:39
İranda rejim əleyhinə etirazlar zamanı hərbi obyektə hücum etməkdə ittiham olunan şəxs barəsində çıxarılan ölüm hökmü icra olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Əmir Hüseyn Hatəm etirazlar zamanı digər qrupla birlikdə hərbi obyektə daxil olaraq onu dağıtmağa və silahları ələ keçirməyə cəhd etməkdə ittiham olunub. Rəsmi məlumatda o, “düşmən terrorçu elementlərdən biri” kimi təqdim edilib.
Bildirilir ki, Hatəm İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatı tərəfindən saxlanıldıqdan sonra ittihamları etiraf edib və hərbi obyektin dağıdılması və yandırılmasında iştirakını təsvir edib.
Məhkəmə onun barəsində ölüm hökmü və əmlakının müsadirəsi qərarı çıxarıb. Hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra edilib.
Şəbnəm Mehdizadə