- 15:39
Türkiyənin 3 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İŞİD-i maliyyələşdirməkdə təqsirli bilinən 9 şübhəli haqqında həbs qərarı çıxarılıb.
İzmir, İstanbul və Konyada keçirilən əməliyyatlarda 9 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə