Çində sürücüsüz taksilər sistem nasazlığı səbəbindən yolda qalıb


  • 15:13

Çinin Hubey əyalətinin paytaxtı Uhanda texnologiya şirkəti Baidu tərəfindən idarə olunan Apollo Go sürücüsüz taksiləri tıxacda dayanıb.

E-huquq.az xəbər verir ki, dünən axşam Apollo Go avtomobilləri yolun ortasında dayanıb və hərəkət edə bilməyib.

İlkin ehtimala görə, problem texniki nasazlıqdan qaynaqlanıb.

Lakin açıqlamada neçə avtomobilin zərər çəkdiyi barədə məlumat qeyd olunmayıb.

Qeyd edək ki, “Çinin Google”u kimi tanınan internet və texnologiya şirkəti Baidu 2021-ci ildən etibarən “Apollo Go” adlı tətbiqi ilə ölkənin bəzi böyük şəhərlərinin müəyyən ərazilərində sürücüsüz taksi xidmətləri göstərir.

Şirkətin hələ də nasazlığın səbəbini izah etməməsi bu cür xidmətlərin etibarlılığı ilə bağlı suallar yaradıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər