- 17:13
İran özünün polad zavodlarına edilən hücumlara cavab olaraq Əbu-Dabidəki ABŞ-yə məxsus “United States Steel” zavoduna, Bəhreyndə ABŞ-yə məxsus alüminium zavoduna və İsrailin silah şirkəti “Rafael”in istehsalat obyektlərinə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb.
“Biz xəbərdarlıq etmişdik ki, İran sənayesinə yenidən hücum ediləcəyi təqdirdə, sionist rejimin sənayesini və regiondakı Amerika müəssisələrini məhv edəcəyik. Lakin məğlubiyyətlərin acısından hesablamalar aparmaq qabiliyyətini itirmiş düşmən bu xəbərdarlıqları görməzdən gəldi və İranın polad sənayesinə hücum etdi”, - məlumatda deyilir.
Qeyd olunur ki, bir sıra fəhlələrin həlak olması və yaralanması ilə nəticələnən bu hərəkətlərə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hava və hərbi dəniz qüvvələri “Doğru vəd-4” əməliyyatının 90-cı mərhələsi çərçivəsində BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşən Amerika polad zavodu “U.S. Steel”ə, Bəhreyndə əvvəlki hücumlar zamanı zərər görməmiş ABŞ-yə məxsus alüminium zavodunun hissələrinə, eləcə də “Rafael” silah istehsalı obyektlərinə raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Humay Eminqızı