Hakan Fidanla İshaq Dar Pakistan-Çin təşəbbüsünü müzakirə ediblər


  • 20:05

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və Fars körfəzi, Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"H. Fidan Pakistanın dialoq və diplomatiyanın təşviqindəki rolunu təqdir edib", - məlumatda bildirilib və əlavə edilib ki, söhbət zamanı Pakistan-Çin beş bəndlik təşəbbüsü müzakirə olunub:

"Bu təşəbbüsün Fars körfəzi, Yaxın Şərqdə sülh və sabitliyin təşviq edilməsindəki rolu vurğulanıb".

Hər iki ölkənin XİN başçıları regional sülhə və sabitliyə sadiqliklərini bir daha təsdiqləyərək, qarşılıqlı maraq doğuran məsələlər üzrə sıx əlaqə saxlamağa razılaşıblar.

Oxşar xəbərlər