Əraqçi ilə Lavrov regional məsələləri müzakirə ediblər


  • 22:18

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

E-huquq.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər müzakirə edilib.

Rusiya Xarici İşlər Nazirliyinin isə açıqlamasında deyilir: "Nazirlər Yaxın Şərqdəki yeni münaqişə ilə bağlı hadisələri, bir sıra dövlətlərin gərginliyin azaldılması üçün göstərdiyi səyləri ətraflı müzakirə ediblər və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, ABŞ və İsrailin İrana qarşı təcavüzünün digər nəticələrinin aradan qaldırılması yolları ilə bağlı BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin gedişi barədə fikir mübadiləsi aparıblar".

Oxşar xəbərlər