Ermənistanda poliqonda partlayış oldu - Ölən və xəsarət alan var


  • 2 Aprel 23:24

Ermənistanın Armavir vilayətində yerləşən “Bağramyan” poliqonunda partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə "shamshyan.com" saytı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, daha bir nəfər yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Oxşar xəbərlər