İranın zərbələri nəticəsində Küveytin neft emalı zavodunda yanğın baş verdi


  • 10:07

İran Küveytin Əl-Əhmədi Limanı yaxınlığındakı neft emalı zavoduna səhər saatlarında pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

E-huquq.az Küveytin rəsmi xəbər agentliyi “KUNA”ya istinadən xəbər verir ki, bu barədə Küveyt Neft Şirkəti açıqlama verib.

Zavodun bəzi əməliyyat bölmələrinin alovlandığı bildirilib.

Hücumdan sonra hadisə yerinə gələn yanğınsöndürmə qrupları yanğınları nəzarət altına almaq və yayılmasının qarşısını almaq üçün tədbirlər görüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İşçilərin təhlükəsizliyinin təmin edilməsi və obyektlərin mühafizəsi üçün zəruri qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, Küveyt ordusu gecə ərzində 3 dəfə PUA və raket hücumlarına cavab verdiyini açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər