- 11:10
İlkin məlumatlara görə, Rusiyanın Ulyanovsk vilayətində şərnişin qatarının 7 vaqonunun relsdən çıxması nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***
Rusiyanın Ulyanovsk vilayətində şərnişin qatarının 7 vaqonu relsdən çıxıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
“Moskva vaxtı ilə səhər saat 6:26-da Ulyanovsk vilayətinin Bryandino stansiyası yaxınlığında 302 saylı Çelyabinsk-Moskva sərnişin qatarının 7 vaqonu relsdən çıxıb”, - məlumatda deyilir.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
Sözügedən istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Humay Eminqızı