Zavodda qaz sızması - 15 fəhlə zəhərləndi


  • 11:10

Türkiyənin Muğla rayonunda zavodda qaz sızması baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən qaz sızması hadisəsi nəticəsində 15 zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib və ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkənlər xəstəxanaya aparılıb.

Təhlükəsizlik qüvvələri hadisənin səbəblərini araşdırmaq məqsədilə işə başlayıb.

Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər