Dağıstanda köməksiz qalan alpinistlər xilas edildi


  • 12:16

Dağıstanda köməksiz qalan 26 alpinistl xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müxtəlif regionlarından alpinizm üzrə Rusiya çempionatında iştirak edən 26 idmançı Kuruş kəndində yağan güclü qar və qar uçqunları səbəbindən yolda qalıb.

Dağıstan FHN rəhbərliyinin tapşırığı ilə hadisə yerinə yanğın-xilasetmə hissəsinin rəisi Rəhim Ramaldanov göndərilib. O, qrupun köməksiz qaldığı yerə gedərək ağır texnikanın cəlb edilməsi üçün rayon xidmətləri ilə qarşılıqlı əlaqəni təşkil edib.

Alpinistlər ərzaq ehtiyatlarının tükənməsi və mobil telefon xidmətinin kəsilməsi kimi çətinliklərlə üzləşiblər.

26 alpinistin hər biri təhlükəsiz əraziyə təxliyə edilib. Heç kim xəsarət almayıb.

Humay Eminqızı

Oxşar xəbərlər